Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

8 milyard zərərlə işləyən dövlət qurumu –

Orkhan Ali 15 Aprel 2025 - 13:12 (Last updated: 21 May 2025 - 20:15)
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

2024-cü ilin hesabatına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” p.h.ş. (“Azərsu” ASC)  gəlirlərinin artmasına rəğmən genişlənən xərclər səbəbindən zərərini bir qədər də artırıb.

Ziyan üstünə ziyan…

AzPost-un açıq internet mənbələrinə istinadla apardığı araşdırmaya görə, qurumun satışlarının maya dəyəri 161.12 milyon manat təşkil edib. Bununla da ümumi mənfəət 142.92 mln. manat olub. Keçən il ümumi mənfəət – hansı ki, gəlir və maya dəyəri arasındakı fərqi ifadə edir – 134.57 mln. manat idi.

Hesabat müddətində dövlət qurumu ümumilikdə 227.09 mln. manat əməliyyat xərci çəkib. Əməliyyat xərcləri öncəki ildən 23 faiz çoxdur.
Beləliklə, “Azərsu” ötən ili 226.29 milyon manat xalis zərərlə tamamlamış olub. 2022-ci ildə 178.64 mln. manat zərər olduğunu nəzərə alsaq, zərər 2023-cü ildə daha 27 faiz artıb.

Dotasiya ilə işləyən qurum?

“Azərsu”nun son illər irihəcmli zərərlər etməsi onun kapital balansındakı yığılmış zərəri rekord həcmə – 8 mlrd. 85.68 mln. manata çatdırıb. 400 mln. manat nizamnamə kapitalına sahib olan bu dövlət qurumu üçün illərdir dövlət tərəfindən böyük dəstək var. Əlavə kapital ödənişi 7.1 mlrd. manat, dövlət investisiyası isə 1.22 mlrd. manatdır.

Son 1 ildə hansı işlər görülüb?

“Azərsu”nun ləğv edilib yerində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” yaradıldıqddan sonra da vəziyyət o qədər ürəkaçan deyil. Belə ki, 2024-cü ildə dövlət qurumu yalnız Gəncə şəhərində müəyyən işlər görüb. Belə ki, Gəncədə 2024-cü ildə başlanılan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2025-ci ildə də davam etdirilib. Bu çərçivədə şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənib. 2024-cü il ərzində 12.000 metr içməli su, 10.000 metr kanalizasiya xətti çəkilib. Hazırda işlər yekunlaşmaq üzrədir, 47% su xətti, 44% isə kanalizasiya xətti çəkilib.

Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı 2025-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Bu sərəncam layihənin icrasının sürətləndirilməsini və əhalinin dayanıqlı içməli su ilə təmin olunmasını nəzərdə tutur.
2025-ci ilin ilk üç ayında su və kanalizasiya sistemində təmir və yenilənmə işləri həyata keçirilən digər şəhərlər barədə isə açıq mənbələrdə məlumat yoxdur.

Su və kanalizasiya ilə bağlı ödənişlərin yığılması hansı səviyyədədir?

2025-ci ilin ilk üç ayında Azərbaycanda kanalizasiya xidmətləri üzrə ödənişlərin ümumi məbləği barədə ətraflı məlumat yoxdur. “Azərsu”nun içməli su və kanalizasiya xidmətlərinin satışından əldə etdiyi gəlir 278,894 milyon manat olub. Bunun 76 milyon 117 min manatı kanalizasiya xidmətlərindən əldə olunan gəlirdir.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar ayında kommunal xidmətlərin tarifləri artırılıb. Məsələn, su təchizatı və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər əhaliyə görə 200 manatdan 345 manata qədər müəyyən edilib. Bu artım, gələcəkdə kanalizasiya xidmətləri üzrə əldə olunan gəlirlərin də artmasına səbəb ola bilər.

Su pulu yığanlara alınan yeni cihazlar kömək edəcəkmi?

Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsi bir müddət əvvəl 331.575,28 AZN dəyərində mobil terminal və printerlər alıb. Bunun su və kanalizasiya pulunun yığılmasında istifadə ediləcəyi ehtimal olunur. Sistemin tətbiqi bu istiqamətdə yığımları artıra bilər.

Post navigation

Previous: Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Next: Hacıqabulda qadın yağış suyunda BOĞULDU

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.