İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi

Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları oğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan üç azərbaycanlının işinə baxır.

Lent.az yerli mediaya istinadla bildirir ki, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül – müəyyən hərəkətlərə qadağa barədə həbs-qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb.

Müstəntiqlərin araşdırmasına görə, 2012-ci ildən bəri, cinayətkarlar Kuzbass şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan əmək kimi istifadə ediblər. Oğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərərçəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.