Xaricdən özümüzlə hansı dərmanları gətirə bilərik?

“Yaxın ailə üzvü üçün xarici ölkədən gətirilən dərman vasitələrinin resepti gömrük orqanı əməkdaşlarına təqdim olunduğu təqdirdə buraxılışı təmin olunur”. 

AzPost bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bu gün keçirilən Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminarda bildirib.

“Resept kağız formasında olsa yaxşı olar, amma elektron formada da təqdim oluna bilər. Bu, yalnız şəxsin ailə üzvləri üçün keçərlidir. Əgər xəstə xarici ölkədə həkim qəbulunda olubsa, reseptə yazılan müddət və miqdar əsas götürülür”, – deyə qurum rəsmisi qeyd edib.

Bundan başqa o resept tələb olunan dərmanlar haqqında da məlumat verib: “Bəzi dərmanlar var ki, onlar ölkəmizdə də əldə olunarkən resept tələb olunur. Məhz həmin dərmanların ölkəyə gətirilməsi zamanı da resept tələb oluna bilər. Buna səbəb həmin dərmanların tərkibində qanununvericiliklə məhdudlaşdırılmış maddələrin olmasıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.