Britaniya Rusiyanı Ukraynada tam atəşkəsə çağırır

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin 30 saatlıq “Pasxa atəşkəsi” elanından sonra Rusiyanı Ukraynada tam və qeyd-şərtsiz atəşkəsə riayət etməyə çağırıb.

Bu barədə “Reuters“ nazirliyin bəyanatına istinadən xəbər verir.

Nazirliyin sözçüsü bildirib ki, Ukrayna artıq tam atəşkəsə sadiqdir və Rusiya da eyni addımı atmalıdır. Bu, ədalətli və davamlı sülh danışıqları üçün şərait yaradacaq. Sözçü əlavə edib: “İndi Putin üçün bu dəhşətli işğala son qoyaraq sülhə ciddi yanaşdığını göstərmək vaxtıdır”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.