Bu kredit ödənişlərini gecikdirənlər “qara siyahıya” düşməyəcək

Kredit
Kredit
Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.
Deputat Vüqar Bayramov paylaşımında bildirib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
“Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.
Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaradacaq.”
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.