Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC ərzaq mallarının alınmasına 35 233 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “Office Baku Co.” MMC ilə müqavilə bağlayıb.
Alınacaq məhsullara 650 qutu çay, 620 qutu qənd, 600 qutu şəkər tozu, 20 qutu konfet, şokolad, qəhvə və süd daxildir.