“BakuDent” klinikası cərimələndi

BakuDent
BakuDent
Səhiyyə Nazirliyi “BakuDent” Stomotoloji (Diş) Klinikasında plandankənar (növbədənkənar) yoxlama aparıb.
AzPost-un məlumatına görə, yoxlama nazirlik yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilib.
“BakuDent” MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olumnması faktı aşkarlanıb.
Klinikada lisenziyaya dair görülən işlərin tibbi qeydiyyat sənədləri mövcud olmadığı, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalar və qaydalar ilə tibbi qeydiyyat sənədləri icra olunmadığı məlum olub. Bundan əlvə “BakuDent”də lisenziyadan kənar cərrahi stomatologiya  işlərinin aparılmasına dair faktlar öz təsdiqini tapıb.
Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6.000 manat məbləğində cərimə edilib
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.