Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İnsan bədənində üç növ “zombi hüceyrələri” aşkar edildi

Orkhan Ali 27 Aprel 2025 - 21:23 (Last updated: 21 May 2025 - 20:15)
f36caefcd2fcf3012d421f3e27063971_IMG-20250427-WA0044

Con Hopkins Universitetinin tədqiqatçıları forma və funksiyaları ilə fərqlənən qocalmış dəri “zombi hüceyrələri”nin üç müxtəlif alt növünü müəyyən ediblər. Onlara selektiv məruz qalma xərçəng kimi xəstəliklərlə mübarizə aparmağa kömək edəcək.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

“Zombi hüceyrələri” adi hüceyrələrdən fərqli olaraq təbii yolla orqanizmdə özünü yox etmir. Zərər və ya stress səbəbiylə bölünməyi dayandırırlar, toxumalarda qalırlar və iltihaba səbəb olurlar. İndiyə qədər eyni toxuma tipli bütün qocalmış hüceyrələrin təxminən eyni olduğuna inanılırdı. Bununla belə, tədqiqatın həmmüəllifi Cud Filipin izah etdiyi kimi, dəri hüceyrələri yaşlanma zamanı üç fərqli vəziyyətdən birinə keçə bilər.

Alimlər qrupu 20 ilə 90 yaş arasında olan 50 sağlam donorun nümunələrində dəri fibroblastlarını (toxuma çərçivəsi yaradan hüceyrələr) təhlil edib. Tədqiqatçılar maşın öyrənməsi və vizuallaşdırma texnologiyalarından istifadə edərək hər bir hüceyrənin 87 fiziki xüsusiyyətlərini öyrənib və onları qruplara ayırıblar.

Nəticədə onlar 11 forma və ölçüdə fibroblast aşkar ediblər ki, onlardan üçü qocalmış hüceyrələr üçün xarakterikdir. C10 olaraq təyin olunan alt növlərdən biri xüsusilə yaşlılarda geniş yayılıb.

Alimlər qeyd edirlər ki, gələcək tədqiqatlar bu alt növlərdən hansının zərərli və hansının faydalı ola biləcəyini müəyyən etməyə kömək edəcək. Bu, zərərli qocalma hüceyrələrini məqsədyönlü şəkildə aradan qaldıracaq, yan təsirləri minimuma endirəcək dərmanların inkişafı üçün imkanlar açacaq.

Bundan əlavə, hüceyrə yaşlanmasına bir nöqtə təsiri xərçəngin müalicəsində əhəmiyyətli bir vasitə ola bilər. Bəzi müasir müalicə üsulları şiş böyüməsini dayandırmaq üçün xərçəng hüceyrələrinin qocalmasına səbəb olur, lakin onların yığılması iltihaba və xəstənin immun sistemində əlavə stressə səbəb ola bilər. Alimlərin fikrincə, müalicəyə yeni yanaşmalar bu problemi həll edə bilər.

Post navigation

Previous: “Windows” söyüş söyməyə icazə verdi –
Next: Alimlər kiçik balıqların daha yüksək səs çıxardığını aşkarlayıb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
Novxanı qəsəbəsində yerləşən “Milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. Qafqazinfo  xəbər verir ki,...
Read more about Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi
ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir abs silah
  • Dünya

ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir

User 03 Noyabr 2026 - 14:07
Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir? Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.