Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

Orkhan Ali 05 May 2025 - 14:20 (Last updated: 21 May 2025 - 20:55)
Talıb Məmmədov

Talıb Məmmədov

15 yanvar 2018-ci il tarixdən 8 aprel 2024-cü il tarixədək Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Kürdəmir Melioservis İdarəsində rəis vəzifəsində işləmiş Talıb Məmmədova hökm oxunub. 
Qaynarinfo-nun məlumatınma görə, 1948-ci ildə Kürdəmir rayonu, Axtaçı kəndində anadan olmuş Talıb Sırac oğlu Məmmədovun Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyinin göstərişi ilə Kürdəmir Melioservis İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.
Belə ki, 77 sabiq rəis rəhbəri olduğu qurumda qulluq mövqeyindən istifadə edərək “R-15 təsərrüfatlar arası beton kanalı” üzrə görülmüş əsaslı təmir işləri üzrə 18601,20 manat, Şilyan-Qarasu ərazisində “OB 1 nov kanalın” üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30201,51 manat və “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin” əsaslı təmir işləri üzrə 14533,02 manat məbləğində artıq xərc hesablayıb. Həmin vəsaiti aktların doğruluğu sənədinə öz imzası ilə təsdiq edərək mənimsəmə və israf etmə yolu ilə talayıb.
Məhkəmənin qərarı ilə Talıb Məmmədov barəsində iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, iki il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

AzPost.az

Post navigation

Previous: Əlilliyi olan şəxslərin hüquqları: Qanunlar var, bəs tətbiq?
Next: Tramp xarici filmlərə 100 faizlik rusum tətbiq edir

Oxşar xəbərlər

polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20

xƏBƏR

Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Şəkər əvəzediciləri ilə hazırlanan konfet və şirniyyatların həddindən artıq istehlakı orqanizmdə arzuolunmaz reaksiyalara səbəb ola bilər. Hətta...
Read more about Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq
İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48
Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37
Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14
İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq? ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.