Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Həcc ziyarətində viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək

User 05 May 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:55)
Həcc ziyarəti

Həcc ziyarəti

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarətində viza qaydalarını pozanlar üçün 26 min dollara qədər böyük məbləğdə cərimələr və Krallığa mümkün giriş qadağası tətbiq olunacağını elan edib.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, nazirlik cəzadan yayınmaq üçün qarşıdan gələn mövsümdə Həcc ziyarətinə rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanının nazirliyi bildirib ki, rəsmi icazəsiz və ya turist vizası ilə Həcc ziyarətinə gedən şəxslər 5332 dollar cərimələnəcək.

Nazirlikdən verilən məlumata görə, icazəsiz Həcc ziyarətinə gedən və ya bunu etməyə cəhd edən şəxs üçün turist vizası üzrə müraciət edən hər kəs 26 min dollara qədər cərimələnəcək. Bu, Həcc dövründə səyahət vizası olanları Məkkəyə və ya müqəddəs yerlərə daşıyan hüquqi və fiziki şəxslərə də aiddir.

Eyni zamanda, bildirilib ki, bu kateqoriyaya turist vizası sahiblərini otellərdə, mənzillərdə, şəxsi yaşayış yerlərində, sığınacaqlarda və ya zəvvarların məskunlaşdığı digər yerlərdə gizlədənlər, habelə onların Məkkədə və ya müqəddəs yerlərdə qalmalarına hər hansı formada yardım təklif edənlər də daxildir.

Nazirliyin bəyanatında deyilir: “Cəzalar pozuntuların sayı ilə artır. Qanunu pozanlara və qeyri-qanuni olaraq Həcc ziyarətinə cəhd edərkən yaxalanan xarici vətəndaşlara 10 il müddətinə Səudiyyə Ərəbistanına giriş qadağan ediləcək”.

Bu il Həcc ziyarətinin iyunun 6-da, cümə günü axşam başlanacağı və iyunun 11-də başa çatacağı gözlənilir.

AzPost.az

Post navigation

Previous: Almaniyada yeni hökumət koalisiya müqaviləsini imzalayıb
Next: Məktəblərdə intizam boşluğu: Sosial faktorların təsiri artır

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.