Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Almaniyada yeni hökumət koalisiya müqaviləsini imzalayıb

User 05 May 2025 - 17:45 (Last updated: 21 May 2025 - 20:55)
alman hokumet

Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərinin qalibi olan Xristian Birlik blokunda yer alan partiyalar – Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) ilə Sosial Demokrat Partiyası arasında yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya müqaviləsi imzalanıb.

“Almaniya üçün məsuliyyət” adlı 144 səhifəlik koalisiya müqaviləsini CDU-nun lideri Fridrix Merts, CSU-nun sədri Markus Söder və SPD-nun həmsədrləri Lars Klinqbayl ilə Saskia Eksen imzalayıblar. Bununla da koalision hökumətin qurulması rəsmən təsdiqlənib. Beləliklə Almaniya tarixində beşinci dəfə “qaralar” (Xristian Birlik) və “qırmızılar” (SPD) arasında beşinci koalision hökumət qurulub.

İmzalanma mərasimində Fridrix Merts bildirib ki, yeni koalisiya Almaniyanı islahatlar və investisiyalar vasitəsilə irəli aparmaq istəyir. Avropa gözləyir ki, Almaniya ortaq layihəyə yenidən güclü töhfə versin. “Mən çox əminəm ki, sabahdan etibarən ölkəmizi güclü, planlı və etibarlı şəkildə idarə edə biləcəyik”, – deyə o qeyd edib.

Yeni hökumətdə vitse-kansler və maliyyə naziri vəzifələrini tutan SPD-nin sədri Lars Klinqbayl isə yalnız komanda ruhu ilə uğur qazanmağın mümkün olduğunu vurğulayaraq deyib ki, Almaniyaya daha az idarəçilər, daha çox imkan yaradıcılar lazımdır.

Koalisiya hökumətinin formalaşdırılması prosesi mayın 6-da Bundestaqda keçiriləcək Kansler seçkisi ilə davam edəcək. Səsvermədə CDU lideri Fridrix Mertsin Federal Kansler seçilməsi gözlənilir. Bunun üçün parlamentin 630 deputatından 316-sının səsi lazımdır. Koalisiyada yer alan partiyalar parlamentdə 328 deputat mandatına sahibdir. Seçkilərdən sonra Kansler Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyin ediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinet təsdiqlənəcək və koalisiya hökuməti həmin gün fəaliyyətə başlayacaq.

AzPost.az

Post navigation

Previous: Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib
Next: Həcc ziyarətində viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.