Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Sosial

Müəllimlər bu xəbərə sevinəcək –

Orkhan Ali 06 May 2025 - 09:23 (Last updated: 21 May 2025 - 20:54)
Müəllim

Müəllim

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.

AzPost Baku.ws-ə istinadən xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.

Bu kartlar müəllimlərə müxtəlif sahələrdə – nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.

Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək təhsil sahəsinin əməkdaşları, xüsusilə müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:

“Layihə çərçivəsində bu kartın çoxfunksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir”.

Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən “TələbəPlus” kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75 faizədək endirimlərdən yararlana bilərlər.

Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır.

AzPost.az

Post navigation

Previous: Nazirlik 150 minlik maşın “zapçastı” alır –
Next: “Ağ şəhər” və NZS-də yeni metro stansiyaları tikiləcək (DETALLAR)

Oxşar xəbərlər

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.