11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib –Rəsmi

Aliment
Aliment

Ötən il Azərbaycanda 11 min 140 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.

Dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 6 min 778 nəfərinin və ya 60,8%-nin yerini müəyyən edə bilib.

4 min 362 nəfərin axtarışı isə ötən il ərzində davam etdirilib.

Məlumat üçün onu da bildirək ki, aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı boşanan şəxslərin təxminən yarısına bərabərdir.

Belə ki, ötən il Azərbaycanda 21 384 nəfər boşanıb və aliment ödəməmək üçün gizlənən şəxslərin sayı isə 11 140 nəfər olub.

Son 5 ildə aliment ödəməmək üçün gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:

2020-ci ildə – 9 187 nəfər;
2021-ci ildə – 10 197 nəfər;
2022-ci ildə – 10 578 nəfər;
2023-cü ildə – 11 217 nəfər;
2024-cü ildə – 11 140 nəfər.

©Yeniavaz.com

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.