“İkinci dünya müharibəsində ABŞ qalib gəldi…” –"Biz olmasaydıq Rusiya indi almanca danışırdı" -Trampdan qalmaqllı açıqlama

“İkinci Dünya Müharibəsində qalib gələn ABŞ oldu, biz olduq. Rusiya, Fransa bizə kömək etdilər”.

AzPost bildirir ki, bu qalmaqallı açıqlama ilə ABŞ prezidenti Tramp Qətərdəki Əl-Udeyd aviabazasında ABŞ hərbçiləri ilə görüşdə çıxışı zamanı deyib.

“Rusiya, Fransa bayram elədi…Bizdən başqa hamı bayram etdi. İkinci Dünya Müharibəsində qalib gələn məhz biz olduq. Biz bu müharibədə qalib gəldik. Onlar bizə kömək etdilər. Amma biz olmasaydıq indi onlar almanca, bəlkə də bir az yaponca danışardılar…”-deyə Tramp vurğulayıb.

ABŞ prezidenti deyib ki, ABŞ-ın bayramı var: “Bizim 8 Mayımız var. Noyabrda da bir tarix var – Birinci Dünya Müharibəsi üçün müqəddəs bir tarix. Çünki o müharibədə də biz qalib gəldik.

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.