“Ukraynada hərbi əməliyyatı başa çatdırmaq üçün…” –Putindən yeni açıqlama

putin
putin

“Rusiya üçün Ukraynada aparılan xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülhün təmin olunması, öz təhlükəsizliyinin qorunması və rusdilli ukraynalıların maraqlarının müdafiəsi olmalıdır“.

Rusiya Prezidenti Vladimir Putin bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.

Prezident əmin edib ki, Rusiya xüsusi hərbi əməliyyatı öz maraqları baxımından lazımi nəticə ilə başa çatdırmaq üçün kifayət qədər gücə malikdir. “Bu nəticə – bu böhranı doğuran səbəblərin aradan qaldırılması, uzunmüddətli və dayanıqlı sülh üçün şəraitin yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin olunmasıdır”, – deyə Putin vurğulayıb.

Dövlət başçısı həmçinin deyib ki, bizim insanlarımızın maraqları qorunmalıdır. O, belə qeyd edib: “Orada – rus dilini doğma dili sayan və Rusiyanı öz vətəni hesab edən insanların da yaşadığı ərazilərdə maraqları qorunmalıdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.