İran hələ də nüvə proqramı ətrafında böhranın həlli üçün Amerika tərəfdən yazılı təkliflər almayıb.
AzPost-un məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.
Həftəlik brifinqdə diplomat deyib: “Hələ ki, Amerika tərəfdən heç bir yazılı təklif almamışıq. Bütün təkliflər Omanda danışıqlar zamanı şifahi olaraq verilib. Lakin bizə heç bir yazılı təklif təqdim olunmayıb”.