Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ

Eibarnamə
Eibarnamə

Etibarnamə ilə aldığı avtomobil üzərində həbs olduğu üçün cərimə meydançasına qoyulub. Avtomobili çıxarmaq üçün getdikdə isə məlum olub ki, əvvəlki sahibi onu aparıb. İndi nə maşını ala bilir, nə də pulunu. AzPost.info Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yaşayan Vüqar Fərzəliyevin başına gəlib.

O iddia edir ki, sosial şəbəkədə elanda gördüyü 2007-ci il buraxılışlı “Hyundai” markalı avtomobili 13 min manata alıb.

Baş etibarnamə ilə avtomobilə sahibləndikdən sonra isə mobil telefonuna məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı bildiriş gəlib. İndi onun nə avtomobili var, nə də ödədiyi pul geri qaytarılır.

Bundan sonra avtomobilin mülkiyyətçisi Kənan Cavadov Vüqar Fərzəliyə nəqliyyat vasitəsini yol polisinə aparmağı məsləhət görüb. Vüqar Fərzəliyev iddia edir ki, o Kənanın cərimələrini ödədikdən sonra avtomobili Yasamal rayonundakı cərimə meydançasından çıxarmağa gedib. Orada isə maşını tapa bilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.