Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Google”nin yeni funksiyası –

User 22 May 2025 - 22:20 (Last updated: 22 May 2025 - 21:41)
google01

“Google” onlayn alış-veriş sahəsində növbəti addım ataraq geyimlərin virtual şəkildə sınanması funksiyasını test rejimində istifadəyə verib.

Trend “Techradar” nəşrinə istinadla xəbər verir ki, hələlik yalnız ABŞ-dakı istifadəçilər üçün “Google Search Labs” bölməsi vasitəsilə əlçatan olan bu texnologiya süni intellektdən istifadə edərək seçilmiş geyimdə insanın realistik görünüşünü yaradır.

Yeni funksiyadan istifadə etmək üçün “Search Labs” bölməsində onu aktivləşdirmək, tam boyuna fotoşəklini yükləmək, “Google Shopping” vasitəsilə geyimi seçmək və uyğun mallarda “Sına” düyməsinə basmaq lazımdır.

Bu xidmət üçün “Google” hesabı tələb olunur. Şəklin işlənməsi 10-15 saniyə çəkir. Bütün məlumatlar şifrlənmiş formada saxlanılır.

“Bu sehr deyil, kompüter texnologiyasına əsaslanan mürəkkəb alqoritmlərdir. Modelimiz bədən proporsiyaları, duruş və parça özəllikləri də daxil olmaqla 200-dən çox parametri təhlil edir”, – deyə layihənin texniki direktoru bildirib.

Hazırkı mərhələdə sistemdə yalnız üst geyimləri – gödəkcə, palto, don və ətəklər, həmçinin köynək və şalvarlar sınaqdan keçirilə bilər. Çimərlik geyimləri və kostyumlar funksiyada dəstəklənmir. Onlar yalnız müəyyən pərakəndə satıcıların malları üçün keçərlidir.

Funksiyanı sınaqdan keçirən istifadəçilər rəng və üslubun qiymətləndirilməsinin rahatlığını, həmçinin qırış və drapirovkanın realistik emalını qeyd ediblər. Buna baxmayaraq, sistemdə bədən proporsiyalarının ötürülməsində müəyyən qeyri-dəqiqliklər qalır. Xüsusilə Elvis Preslinin geyimləri kimi özəl obrazların sınanması imkanı maraq doğurub. “Bu, moda üçün zaman maşını kimidir”, – deyə Kaliforniyadan bir beta-tester bildirib.

Mütəxəssislər bu texnologiyanın üç əsas üstünlüyünü vurğulayırlar: məhsulun qaytarılmasının azalması (proqnozlara görə 25 faizə qədər), alışa çevrilmə faizinin artması və fərdiləşdirmə imkanlarının genişlənməsi. “Bu cür texnologiyalar elektron ticarətin qaydalarını dəyişəcək”, – deyə “RetailTech” analitiki hesab edir.

Funksiya daim təkmilləşdirilir. Yaxın gələcəkdə dəstəklənən geyim kateqoriyalarının artırılması və “Google”un mobil tətbiqi ilə inteqrasiyası planlaşdırılır. Məlumata görə, “Amazon” və “”Shopify” də oxşar texnologiyalar üzərində işləyir.

AzPost.az

Post navigation

Previous: Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi
Next: Pensiyaların artım faizi AÇIQLANDI

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, 2026-cı ildə Azərbaycanda alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə adambaşına düşən...
Read more about Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.