Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Səhər yeməyindən əvvəl, yoxsa sonra?

Orkhan Ali 23 May 2025 - 08:57 (Last updated: 23 May 2025 - 08:57)
Sağlam dişlər

Sağlam dişlər

Səhər dişləri fırçalamağın düzgün vaxtı ilə bağlı mübahisəyə alimlər aydınlıq gətiriblər. Ən çox verilən suallardan biri budur: dişləri səhər yeməyindən əvvəl fırçalamaq daha düzgündür, yoxsa sonra?

AzPost bildirir ki, bəziləri günə təmiz nəfəs və təravətlə başlamaq üçün yeməkdən əvvəl fırçalamağa üstünlük verir. Digərləri isə dişlərin yeməkdən sonra çirkləndiyini əsas gətirərək sonradan fırçalamağın daha məntiqli olduğunu düşünür. Bəs elm nə deyir?

Tanınmış diş pastası istehsalçısının mütəxəssisləri bildirir ki, səhər yeməyindən əvvəl dişləri fırçalamaq daha doğrudur. “Ağzınızda nanə dadı ilə portağal şirəsi içmək xoş olmaya bilər, amma bu, dişlər üçün faydalıdır”, – deyə qeyd edilir.

Diş həkimləri bildirir ki, ağız boşluğunda gecə boyunca toplanan bakteriyaları təmizləmək üçün oyandıqdan dərhal sonra fırçalamaq tövsiyə olunur. Bu həm də tüpürcək istehsalını artırır və diş məcunundakı flüor diş minasını qoruyur.

Əksinə, səhər yeməyindən sonra dərhal fırçalamaq mina qatına zərər verə bilər. Xüsusilə turşulu portağal, qreypfrut və limon kimi qidalar diş minasını zəiflədir. Bu zaman dişləri dərhal fırçalamaq əlavə aşınmaya səbəb ola bilər. Belə hallarda ən azı otuz dəqiqə gözləmək tövsiyə edilir.

Düzgün fırçalama üçün noxud boyda flüoridli diş məcunu istifadə olunmalı, dişlər iki dəqiqə ərzində dairəvi hərəkətlərlə təmizlənməlidir. Diş ipi, dil təmizləyicisi və spirtsiz qarqaradan istifadə də tövsiyə olunur.

Mütəxəssislər yekun nəticə kimi vurğulayırlar: oyandıqdan dərhal sonra dişləri fırçalamaq daha faydalıdır. Əgər yeməkdən sonra fırçalamağa üstünlük verilirsə, ən azı yarım saat gözlənilməlidir. Hər iki halda, fırçalamaqdan imtina etmək ən pis seçimdir.

Milli.Az Daily Mail-ə istinadən yazır ki, bu tövsiyə, yaxın keçmişdə səhər və axşam duşunun faydaları ilə bağlı müzakirələr fonunda gündəmə gəlib. Leicester Universitetinin mikrobiologiya üzrə müəllimi Dr. Primrose Freestone bildirib ki, gündüz duş qəbul etmək daha sağlam seçimdir.

AzPost.az

Post navigation

Previous: Qəzzada xəstəxanaların 94 faizi dağıdılıb
Next: Baku Electronics xarab məhsul satıb?

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.