Rusiyaya yarım ton heroin gətirmiş narkotacir Azərbaycanda ələ keçib

Rusiya  ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

Bu barədə TASS-a Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub.

İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.

Qeyd edilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.