Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Makronun həyat yoldaşı onu kameralar qarşısında sillələdi

Orkhan Ali 26 May 2025 - 12:13 (Last updated: 26 May 2025 - 12:17)
Makron

Makron

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama rəsmi səfəri zamanı maraqlı və gözlənilməz hadisə yaşanıb. AzPost xəbər verir ki, dövlət başçısının həyat yoldaşı ona sillə vurub. Bu an kameralar tərəfindən qeydə alınıb.

Fransanın BFM RMC nəşrinin yaydığı görüntülərdə qırmızı kostyumlu Bricit Makronun təyyarədən enən prezidentin üzünə sillə vurduğu görünür. Kadrlarda daha sonra Bricit Makronun ərinə əl uzatmadan nümayişkaranə şəkildə irəlilədiyi əks olunub.

Hadisə ilə bağlı Yelisey sarayının nümayəndələri görüntülərin həqiqiliyini təsdiqləyib, lakin rəsmi açıqlama verməkdən imtina ediblər. Nəşrin prezident cütlüyünün yaxın çevrəsinə istinadən verdiyi məlumata görə, insident “kiçik ailə mübahisəsi” zəminində baş verib.

Fransa prezident administrasiyası isə birinci ailənin şəxsi münasibətləri barədə danışmağı məqsədəuyğun saymayıb. Məsələ sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Makronun Vyetnama səfəri onun Asiyaya diplomatik turunun tərkib hissəsidir. Səfər çərçivəsində bir sıra görüşlərin və əməkdaşlıq sazişlərinin imzalanması planlaşdırılır.

AzPost.az

Post navigation

Previous: Kosmosda “ruhlar çoxluğu” aşkar edilib
Next: Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Oxşar xəbərlər

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.