İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, amma…

Həbs
Həbs
Ağsu Rayon İcra Hakimiyyətinə məxsus optik kabelləri oğurlamaq istəyən şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildə Ağsu rayonunda anadan olan Orxan Əkbərovun (şərti) icra hakimiyyətinə məxsus optik kabelləri kəsib, oğurlamaq istəyi baş tutmayıb.
O, kabelləri kəsən zaman adam gəldiyi üçün oradan uzaqlaşıb, yaşadığı evı gedib. Səhər tezdən yaşadığı Nizami küçəsinə çıxıb siqaret çəkən zaman polis əməkdaşları  yaxınlaşaraq özülərini təqdim ediblər və onu polis şöbəsinə dəvət ediblər. Oğurluq cəhdinə görə polisə dəvət olunduğunu başa düşdüyü üçün bundan imtina edib və küçədə səs-küy salaraq, nalayiq ifadələr işlədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, öz səhvini başa düşür, bir daha belə hallara yol verməyəcək.
Məhkəmənin qərarı ilə Orxan Əkbərov 15 gün müddətinə həbs edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.