TamStore və “Ashrafi” endirim “oyununda” vətəndaşları aldadıb?- ŞİKAYƏT (FOTO)

Tamstore
Tamstore

TamStore və “Ashrafi” endirim “oyununda” vətəndaşları aldadıb?

Xırdalan şəhərində yerləşən Heydər Əliyev prospektindəki TamStore supermarketində müştərilər endirim kampaniyası ilə bağlı aldadıldıqlarını bildiriblər. Məsələ sosial şəbəkədə Mehriban Əliyeva adlı vətəndaşın paylaşımı ilə gündəmə gəlib. O bildirib ki, mağazada “Ashrafi” brendinin 2 kiloqramlıq düyüsünün 25%-lik endirimlə satışda olduğu elan edilsə də, kassada bu qiymət tətbiq edilməyib.

AzPost bildirir ki, mağaza işçiləri vətəndaşa “reklamın səhv getdiyini” və endirimli qiymətin yalnız 20 manatlıq alış-veriş şərti ilə keçərli olduğunu deyiblər. Halbuki, sosial mediada Ashrafi.az tərəfindən yayımlanan reklam materialında belə bir şərt qeyd olunmayıb. Reklam afişasında sadəcə məhsulun əvvəlki və endirimli qiyməti, kampaniya müddəti və TamStore marketlər şəbəkəsində keçərli olduğu bildirilib.

Şikayətçi qeyd edib ki, mağaza rəhbərliyi bu məsələni izah edə bilməyib və müştərinin təkidi ilə belə kampaniyanın 20 manatlıq alış-verişdən sonra qüvvəyə minməsi barədə məlumat verilmədiyini etiraf ediblər.

Bu hal sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradıb və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilib. Sosial platformalarda çoxsaylı vətəndaş məsələyə münasibət bildirərək həm TamStore marketini, həm də Ashrafi brendini şəffaf və dürüst olmamaqda ittiham ediblər.

Məsələ ilə bağlı mağazalar şəbəkəsi və brend tərəfindən rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.