Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“İri sahibkarlar arasında qadın yoxdur”

Orkhan Ali 30 May 2025 - 15:40 (Last updated: 30 May 2025 - 15:03)
sahibkarlığın problemləri

sahibkarlığın problemləri

“Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır“.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

Qeyd edib ki, fərdi sahibkarların 77 faizi kişi, 33 faizi isə qadındır. Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, kiçik sahibkarların 16 %-i, orta sahibkarların isə 8 %-i, qadınlardır. İri sahibkarlar arasında isə qadın yoxdur. Bu baxımdan, orta və iri sahibkarlıq subyektlərində qadınların daha yaxından iştirakının təşviq edilməsi vacibdir.

“Bu fərq əmək haqqı arasındakı fərqdə də özünü göstərir. Belə ki, qadınların orta aylıq əmək haqqısı 791 manat, kişilər 1160 manatdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri olsa da bu fərqin minimumlaşdırılması prioritetliyini qoruyub saxlayır. Digər tərəfdən, əməkhaqqı fərqi pensiya məbləğində də özünü göstərir. Bu baxımdan, qadınların pensiya məbləği hesablanan zaman keyfiyyət meyarlarından və eləcə də xüsusi əmsallardan istifadə məqsədəuyğun olardı”.

2024-cü ildə qadınlara 18.8 milyon manat güzəştli kreditlər verilməsi və bunun 2023-cü ildəki 16.4 milyon manatdan 2.4 milyon manat çox olması məsələsinə diqqət çəkən V.Bayramov yenə də güzəştli kredit portfelində qadınların payının az olaraq qaldığını bildirib.

“Belə ki, ümumillikdə 2024-cü ildə 248 milyon manat güzəştli kredit verilib. Bu o deməkdir ki, ötən il güzəştli kreditlərin cəmi 7.5 faizi qadın sahibkarlara təqdim olunub. Bu isə qadın sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını daha da aktuallaşdırır”.

Nəzərə çatdırıb ki, sənədin tövsiyyələr hissəsində qadın sahibkarların stimullaşdırılması qeyd olunur və bu tamamilə doğru tövsiyyədir. Millət vəkilinin fikrincə, tövsiyyələr hissəsində bunun üçün potensial vasitə və alətlərin qeyd olunması daha məqsədəuyğun olardı.

“Bir müddətdir ki, cəmiyyətdə müzakirə olunan Aliment fondunun yaradılması da təklif olunur. Bununla belə, bu fond yaradılarsa onun maliyyələşmə mənbələri və eləcə də boşanmaların sayına təsirlərinin qiymətləndirilməsi də yaxşı olardı”,- deyə Vüqar Bayramov fikrini tamamlayıb.

©Sfera.az

AzPost.az

Post navigation

Previous: TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib
Next: Polis Bakıda əməliyyat keçirdi

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.