Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

BP-yə iş vədi ilə 3 nəfəri aldadıb

Orkhan Ali 02 İyun 2025 - 22:04 (Last updated: 02 İyun 2025 - 20:07)
BP şirkəti

BP şirkəti

Dələduzluq edən şəxs 11 min 200 manat mənimsəyib.

Bakıda üç nəfəri BP şirkətində işə düzəldəcəyi vədi ilə aldadaraq ümumilikdə on bir min iki yüz manat məbləğində pul alan şəxsə hökm oxunub. AzPost xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən Saleh adlı şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə təqsirli bilib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, onun təqsirli bilinərək şübhəli şəxs qismində saxlandığı 2 günlük müddət cəzadan çıxılmaqla, yekunda 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması hökmü qüvvədə saxlanılıb.

İş materiallarına görə, Saleh əvvəlcədən tanıdığı Vasif Yaqubova BP şirkətində sürücü vəzifəsinə düzəlməyə yardım edəcəyini deyərək ondan üç min manat alıb. Daha sonra Vasifin qardaşı Asif Yaqubova anbardar işi vəd edərək əlavə üç min beş yüz manat alıb. Üçüncü zərərçəkmiş isə Ceyhun adlı şəxs olub. O da BP-yə sürücü kimi düzəlmək üçün Salehə dörd min yeddi yüz manat pul verib. Lakin vədlər yerinə yetirilməyib və heç bir iş təmin olunmayıb.

Aldadılan şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Saleh məhkəmədə özünü təqsirli bildiyini deyərək, aldığı pulları onkoloji xəstə olan həyat yoldaşının müalicəsinə xərclədiyini söyləyib.

AzPost.az

Post navigation

Previous: Dayısının evindən pul oğurladı, qorxudan tualetə atdı
Next: Pəhriz çörəyi adı ilə istehlakçıya nə satılır?

Oxşar xəbərlər

Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23

xƏBƏR

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın...
Read more about ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir
Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.