Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə parlamentində sədr seçkiləri keçirilir

Orkhan Ali 03 İyun 2025 - 08:00 (Last updated: 03 İyun 2025 - 08:15)
Türkiyə məclis

Türkiyə məclis

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni sədr seçkiləri keçiriləcək. AzPost xəbər verir ki, bu, 28-ci qanunverici dönəmin ikinci dövrəsi üçün təşkil edilən səsvermədir və parlamentdə gərgin siyasi rəqabət müşahidə olunur.

Yarışda ümumilikdə beş deputat namizədliyini irəli sürüb. Ədalət və İnkişaf Partiyası (AK Parti) hazırkı sədr, İstanbul millət vəkili Numan Kurtulmuşu növbəti müddət üçün də namizəd göstərib. Cümhuriyyət Xalq Partiyası (CHP) Artvin millət vəkili Uğur Bayraktutanla, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) Diyarbəkirdən Osman Cengiz Çandarla, İYİ Partiya isə İstanbuldan Mustafa Cihan Paçacı ilə təmsil olunur. Namizədlər sırasında Yeni Yol Partiyasının Samsun millət vəkili Mehmet Karaman da yer alıb.

Qeyd edək ki, seçkilər dörd mərhələdə keçirilə bilər. İlk iki turda namizədin qalib gəlməsi üçün üzvlərin üçdə ikisinin səsi tələb olunur. Əgər bu mümkün olmasa, üçüncü mərhələdə sadə çoxluq kifayət edəcək. Bu mərhələdə də qalib müəyyənləşməzsə, ən çox səs toplayan iki namizəd arasında sonuncu — dördüncü tur təşkil ediləcək. Sonda ən çox dəstək qazanan deputat TBMM sədri seçiləcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin tarixində bu günə qədər 30 nəfər sədr kürsüsündə əyləşib. İlk sədr və eyni zamanda ölkənin qurucusu olan Mustafa Kamal Atatürk olub. Məclisin tarixində ən uzun müddət sədr postunu Mustafa Abdülhalik Renda tutub. O, 1935-ci ildən 1946-cı ilə qədər fasiləsiz 11 il bu vəzifədə çalışıb.

Ən qısa müddət isə 2 ay 1 həftə sədr olmuş İsmət Sezginin adına yazılıb. Diqqətçəkən digər məqam isə İstanbulun indiyədək TBMM sədrliyinə ən çox nümayəndə çıxaran bölgə olmasıdır. Bu şəhərdən Ali Fethi Okyar, Kazım Karabekir, Ferruh Bozbeyli, İsmail Kahraman və hazırkı sədr Numan Kurtulmuş bu vəzifəyə seçilmişdir.

AzPost.az

Post navigation

Previous: Ərdoğan: “Qarabağda bərpa prosesinə hər cür dəstəyi veririk”
Next: Yer üzündə oksigen bitəcək

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.