Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Yer üzündə oksigen bitəcək

Orkhan Ali 03 İyun 2025 - 08:20 (Last updated: 03 İyun 2025 - 08:21)
Yer kürəsi

Yer kürəsi

Yer üzündə oksigen bitəcək.

Yer kürəsinin gələcəyi ilə bağlı maraqlı və bir qədər də narahatedici elmi proqnoz açıqlanıb. AzPost xəbər verir ki, alimlər planetimizin atmosferində oksigenin tamamilə yox olacağı tarixi dəqiqləşdiriblər. Təxminlərə görə, bu proses təxminən 1 milyard ildən sonra başlayacaq və Yer biosferinin taleyini tamamilə dəyişəcək.

Mütəxəssislər bildirirlər ki, Yer hazırda oksigenin yüksək konsentrasiyası ilə zəngin biosfer mərhələsini yaşayır. Lakin tarixdə olduğu kimi, bu vəziyyət əbədi davam etməyəcək. Tədqiqatlar göstərir ki, təxminən 2,4 milyard il əvvəl baş verən Böyük Oksigen Hadisəsi kimi, gələcəkdə də Yer atmosferində ciddi dəyişiklik yaşanacaq. Alimlərin proqnozuna görə, bir müddətdən sonra oksigen səviyyəsi sürətlə azalaraq yerini metanla zəngin atmosferə verəcək.

Nature Geoscience jurnalında dərc olunan araşdırmada vurğulanır ki, bu proses mərhələli baş versə də, son dövrü olduqca sürətli olacaq. Günəş radiasiyasının artması nəticəsində karbon qazının parçalanması, fotosintez prosesini zəiflədəcək və oksigen istehsal edən orqanizmlər tədricən məhv olacaq.

Corciya Texnologiya İnstitutunun geofiziki Kris Reynhard bildirib ki, oksigen səviyyəsi indiki göstəricilərdən milyon dəfə aşağı düşəcək. Alimlərin hesablamalarına görə, Yerin atmosferindəki oksigen tamamilə tükənənə qədər okeanlar Günəş istiliyi ilə buxarlanacaq və planetdə anaerob canlılar üçün əlverişli mühit yaranacaq.

Bu elmi kəşf yalnız Yer kürəsinin gələcəyi üçün deyil, astrobiologiya üçün də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müasir teleskoplar digər planetlərdə həyat axtarışında əsas göstərici kimi oksigenin izinə düşür. Lakin bu tədqiqat sübut edir ki, oksigen dövrü keçici ola bilər və buna görə də əlavə həyat əlamətləri, yəni bioimzalar axtarılmalıdır.

Alimlər hesab edir ki, mürəkkəb həyat formalarının mövcudluğu planetin ümumi ömrünün cəmi 20-30 faizini təşkil edəcək. Yerdə oksigenin tükənməsi ilə yanaşı, ozon təbəqəsi də sıradan çıxacaq və bu da həyatı tamamilə yeni mərhələyə sürükləyəcək.

AzPost.az

Post navigation

Previous: Türkiyə parlamentində sədr seçkiləri keçirilir
Next: Bir gündə 784 reys

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.