Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Sosial yardım kartı var, pul karta düşmür

Orkhan Ali 04 İyun 2025 - 13:30 (Last updated: 04 İyun 2025 - 13:31)
Kapital

Kapital

Azərbaycanda ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan vətəndaşlar növbəti dəfə sistem problemlərindən əziyyət çəkir. AzPost xəbər verir ki, vətəndaş bildirir ki, may ayının 27-də sosial yardım alanların əksəriyyəti ödənişi kartına mədaxil etsə də, onun kartına pul köçürülməyib.

Şikayətçi qeyd edir ki, DSMF tərəfindən ona bildiriş göndərilib. Bildirişdə yazılıb ki, əvvəlki kartının istifadə müddəti bitməyibsə, yardım həmin karta köçürüləcək. Kartın istifadə tarixi isə 2028-ci ilə qədər etibarlıdır. Lakin mayın 27-si olsa da, nə bankdan, nə də DSMF-dən dəqiq cavab almaq mümkün olmayıb.

Vətəndaş məsələ ilə bağlı əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Orada ona Kapital Bank-a yönləndiriblər. Bankda isə gah “gözləyin”, gah da “sistemdə ödəniş görünmür” cavabı verilib. Hətta mobil tətbiqdə bildirişi göstərsə də, bank əməkdaşları bunun kömək etmədiyini bildiriblər.

“İki aydır bank və DSMF arasında qalmışam. Kreditlərimi ödəyirəm, amma dövlətin verdiyi yardımı ala bilmirəm. Hər dəfə bir bəhanə ilə göndərirlər”, – deyə vətəndaş bildirir.

Hazırda vətəndaş Kapital Bank-a yazılı sorğu ilə müraciət etməyə və e-gov.az portalında ödəniş statusunu yoxlamağa çalışır. Lakin süründürməçilik davam edir.

Qeyd edək ki, bu ilk belə hal deyil. Son aylarda sosial yardım alan bir neçə vətəndaş da bənzər problemlə üzləşib. Bəzi hallarda yardım vəsaiti gecikib, bəzən isə kart sistemlərində yaranan texniki problem səbəbindən ödənişlər həyata keçirilməyib.

AzPost.az

Post navigation

Previous: Umico-da 2 ay bitməyən “72 saat” vədi
Next: İctimai Birlik bir ayın hesabatını təqdim edib –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
2026-cı ilin oktyabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 180 398 nəfər olub. Onların...
Read more about Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
Güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb aqac esas
  • Sosial

Güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

User 16 Noyabr 2026 - 10:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.