Tramp Mask ilə dostluğunun bitdiyini bildirib

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyini hesab edir.

Bu barədə ABŞ prezidenti “NBC News” telekanalına deyib.

“Güman edirəm ki, bəli”, – deyə Tramp bildirərək gələcəkdə İlon Mask ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib.

“Mənim çoxlu başqa işlərim var. Onunla danışmaq fikrində deyiləm”, – deyə D.Tramp əlavə edib.

Amerika prezidenti İ.Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.