Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • ÖZƏL
  • Sosial

Avtobuslarda yoxa çıxan bir peşə

Orkhan Ali 11 İyun 2025 - 16:52 (Last updated: 11 İyun 2025 - 16:52)
Malış

Malış

Kimsə “malış” deyəndə gülümsəyirsə, demək hələ yaddaşda yaşayan bir şəhər var. AzPost xəbər verir ki, Bakı və digər şəhərlərdə ictimai nəqliyyatda kart sisteminə keçidlə birlikdə “malış” — yəni avtobus konduktorları artıq yoxa çıxıb.

Onlar “konduktorlar” idi, amma xalq arasında hamı onlara “malış” deyirdi. Bu ad həm yaşlarına, həm də məhrəm münasibətə işarə idi. Onlar çox zaman məktəbə getməyən, ya da 9-cu sinfi bitirib işləməyə başlayan yeniyetmələr olurdu. Avtobusun içində yeganə vəzifələri yolpulu yığmaq deyildi — onlar həm də sürücünün gözünün çatmadığı yerlərə nəzarət edir, minən-düşənlərə diqqət yetirirdilər.

Əvvəllər şəhərdəki avtobusların hər iki qapısından minmək və düşmək mümkün idi. Sürücünün arxa qapıdan minənləri izləməyə nə imkanı, nə də vaxtı vardı. Məhz bu səbəbdən “malış”lar vacib idi – həm pul yığır, həm də kimin minib, kimin düşdüyünə nəzarət edirdilər. Onların səsi avtobusun səs-küyü ilə birləşirdi: “Ay xala, yolpulu ver!”, “Ay dayı, hara minirsən belə?!”

İlk baxışda sərt görünürdülər. Amma çoxunun qəlbi yumşaq idi. Tanış simalara keçid verər, bəzən pulunu ödəyə bilməyənlərə göz yumardılar. Özlərinin də çətin həyatı vardı – bəzən ailəyə yük olmamaq üçün, bəzən isə sadəcə “bir iş-güc olsun” deyə bu işə girirdilər. Günlərini səs-küylü, tozlu avtobuslarda keçirir, günün sonunda bir neçə manatla evə qayıdırdılar.

Bu sistemin içində bir insani ənənə də yaşayırdı: avtobusda tanışına rast gələn adam, əgər birinci düşürdüsə, tanışının da yolpulunu ödəyərdi. “Vermişəm düşərsən” sözü o dövrün sosial duyarlılığını, insanların bir-birinə necə bağlı olduğunu göstərirdi. İndi bu mümkün deyil – çünki artıq kart sistemidir, hər kəs yalnız öz kartını oxudur, hər kəs yalnız özünü düşünür.

Texnologiyanın gətirdiyi səliqə, sürət və şəffaflıq bəlkə vacibdir. Amma bu dəyişikliyin bir üzü də var: artıq avtobuslarda nə “malış”ların səsi var, nə də o insani isti münasibətlər. Hamı susur, başını aşağı salıb kartını oxudur və avtobusda, telefonuna baxaraq bir-birinə yad kimi durur.

Köhnə avtobusların taxta oturacaqları, sürücünün qəfil əyləci basması, “malış”ın ayaqda qalmaq üçün tutduğu dəmir borular – bunlar bir nəsil üçün həyatın bir parçası idi. İndi isə nə o səslər var, nə də o uşaqlar. Onların yerini sistem alıb, insan münasibətlərinin yerini isə mexanika.

Bəlkə bir gün bir retro sərgidə, bir köhnə avtobusun içində malış formasında bir maneken görəcəyik. Yanında da kiçik bir yazı olacaq: “Bu uşaqlar Bakının avtobuslarına nəzarət edirdi. Onlar təkcə pul yığmırdılar – həm də bu şəhərin yaddaşını daşıyırdılar.”

Orxan Əli

AzPost.az

Post navigation

Previous: Dünyada 3 milyon uşaq qul kimi işlədilir
Next: ABŞ və Çin ticarət razılaşmasına nail olub

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.