“Biz İranda müharibə axtarmırıq. Rejimin dəyişməsi bizim məqsədimiz deyil”.
AzPost bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio bildirib.
“ABŞ İranın nüvə obyektlərini məhv etmək məqsədinə nail olub”-deyə Rubio qeyd edib.
O əlavə edib ki, Vaşinqtonun bundan sonrakı addımları Tehranın reaksiyasından asılı olacaq.
Onun sözlərinə görə, ABŞ danışıqlara qayıtmağa hazırdır: “İran qisas almağa çalışsa, bu, bütün zamanların ən böyük səhvi olacaq”.