Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Capago-nun yeni “platinum tələsi”ndən narazılıq

Orkhan Ali 23 İyun 2025 - 07:00 (Last updated: 23 İyun 2025 - 02:26)
Capago

Capago

Bakı sakini Vüqar Mirzəğa oğlu Capago Azərbaycan viza mərkəzinin xidmətindən narazılıq edib. AzPost xəbər verir ki, vətəndaş bu barədə şəxsi sosial media hesabında paylaşım edərək, son illərdə mərkəzdə yaranan problemlərdən bəhs edib.

Onun sözlərinə görə, əvvəllər Capago-nun elektron sıra sistemi ödənişsiz idi və bu, növbə sıxlığına səbəb olurdu. Lakin sonradan 30 avro qarşılığında ödənişli sistem tətbiq olundu və vəziyyət qismən düzəldi. Vüqar bəy qeyd edib ki, bu addımı müsbət qarşılasa da, son dövrlərdə mərkəzin fəaliyyətində başqa narahatedici hallar müşahidə olunur.

Sosial şəbəkə istifadəçisi bildirib ki, sənədlərini tam və qaydalara uyğun hazırlasa da, sıra günü sənədlərində süni şəkildə “səhv” tapılır. Nəticədə vətəndaşa ya 100 manatlıq “platinum” xidmətindən istifadə etmək, ya da növbəti sıra üçün aylarla gözləmək təklif edilir.

Platinum xidməti çərçivəsində vətəndaşlara sənədlərin əvvəlcədən yoxlanılması, müraciət zamanı fərdi yanaşma və qeyri-iş günlərində qəbul imkanı təqdim edilir. Lakin Vüqar bəy bu xidmətin məcburi şəkildə təklif edilməsinin etik olmadığını vurğulayıb.

“Aviabilet alınıb, sənədlər hazırdır və son anda bu cür xəbər adamı çıxılmaz vəziyyətdə qoyur. Çox cüzi düzəliş üçün 100 manat tələb etmək düzgün yanaşma deyil,” — deyə o, paylaşımında qeyd edib.

Vətəndaş Capago rəhbərliyinə müraciət edərək, mərkəzin əvvəlki kimi şəffaf və vətəndaş yönümlü xidmət göstərməsini xahiş edib.

AzPost.az məsələ ilə bağlı Capago Azərbaycan viza mərkəzindən münasibət öyrənməyə çalışacaq.

Post navigation

Previous: Netanyahu xalq və Tramp üçün dua etdi
Next: 45 qəpiyin girovuna düşən vətəndaş: Banklar kredit vermir!

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.