İran ABŞ-ın Qətərdəki Əl-Udeid aviabazasına Vaşinqtonun İranı vurmaq üçün istifadə etdiyi bombaların sayı qədər ballistik raket atıb.
AzPost bildirir ki, əks-hücum tamamlanıb. Bu, simvolik hucum olub. Atılan 14 raketin hava hücumundan müdafiə sisteminin “divarına” nüfuz etmək üçün qeyri-kafi olduğu ortaya çıxıb.
Pentaqon İranın Qətərdəki Əl-Udeid aviabazasına raket zərbəsi endirməsi faktını təsdiqləyib.
CNN Pentaqonun sözçüsünə istinadən xəbər verir ki, İran Qətərdəki ABŞ-ın Əl-Udeid aviabazasına orta və qısa mənzilli ballistik raketlərlə hücum edib.
Amerikalı hərbçilər arasında itki yoxdur.