Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kartınızdan pul silinibsə bu üsulla geri qaytara bilərsiniz

Orkhan Ali 24 İyun 2025 - 10:20 (Last updated: 24 İyun 2025 - 10:08)
bank kart

bank kart

Son illər onlayn alış-veriş və ödəniş əməliyyatları zamanı vətəndaşlar kartlarından xəbərsiz vəsait silinməsi halları ilə tez-tez üzləşir. Bəziləri isə belə vəziyyətlə qarşılaşanda çarəni hüquq-mühafizə orqanlarına müraciət etməkdə görür. Halbuki, bu tip fırıldaqlara qarşı bank sistemində Chargeback adlı rəsmi mexanizm mövcuddur.

AzPost xəbər verir ki, Chargeback — kart vasitəsilə edilən əməliyyata etiraz və vəsaitin geri qaytarılması üçün tətbiq olunan rəsmi prosedurdur. Banklar bəzən bu xidməti təqdim etmədiklərini bildirsələr də, əslində bu, kartın verildiyi Visa və Mastercard sistemlərinin təqdim etdiyi hüquqi imkandır.

Visa istifadəçiləri üçün: Visa Chargeback Qaydaları
Mastercard istifadəçiləri üçün: Mastercard Chargeback Guide

Chargeback hansı hallarda və necə tətbiq olunur?

Əgər kartınızdan 3D Secure (3Ds) təsdiqi olmadan icazəsiz vəsait çıxılıbsa və əməliyyatdan 120 gün keçməyibsə, siz heç bir səbəb göstərmədən bankınıza müraciət edib chargeback aça bilərsiniz. Bank imtina etdiyi halda, ona bu xidmətin məhz Visa və Mastercard tərəfindən təqdim olunduğunu bildirmək kifayətdir. Yenə də rədd cavabı verilərsə, Mərkəzi Banka rəsmi şikayət edib bankın məsul əməkdaşı və həmin qurumun cərimələnməsinə nail olmaq olar.

Əməliyyat 3Ds ilə təsdiqlənsə belə, əgər məhsul və ya xidmət sizə təqdim olunmayıbsa, yenə də chargeback hüququnuz qalır. Bu zaman bank müraciətinizi “Product not received” (məhsul çatmayıb) kateqoriyası ilə merchant-a göndərir.

Vacib qeyd: Card-to-card (kartdan karta) köçürmələrdə chargeback prosesi mümkün deyil. Lakin M10 fırıldaqları, Azərpoçt və kargo şirkətləri ilə bağlı əməliyyatlar üçün bu hüququnuz var.

Diqqət yetirin:

  • Chargeback üçün bankların əksəriyyəti əməliyyatdan minimum 7 iş günü keçməsini tələb edir. Yəni bu gün kartınızdan pul çıxılıbsa, sabah gedib müraciət etmək mümkün olmaya bilər.

  • Müraciət etdiyiniz andan kart və ona bağlı hesab bank tərəfindən müvəqqəti bloklanır və sizə yeni kart və hesab açılır.

  • Haqlı olduqda və merchant aktivdirsə, vəsait 21 gün içində merchant cavab verəcək, Visa və ya Mastercard isə 60 günə qərar verəcək. Yəni ümumilikdə maksimum 71 günə pul kartınıza qayıda bilər.

  • Haqsız yerə chargeback açsanız, geri qaytarılacaq vəsait olmayacaq və hər əməliyyat üçün 15-20 dollar xidmət haqqı tutulacaq.

Əgər bu cür ödəmə ilə üzləşmisinizsə və 120 günlük müddəti ötməmisinizsə, mütləq bankınıza yaxınlaşıb chargeback açın. Əksər hallarda bu üsul vasitəsilə vəsait problemsiz geri qaytarılır.

Mütəxəssislər və hüquqşünaslar da tövsiyə edir ki, belə hallarda ilk növbədə chargeback prosedurundan istifadə edilsin, hüquqi və inzibati instansiyalara yalnız son mərhələdə müraciət edilsin.

AzPost.az

Post navigation

Previous: İsrailin Gilana zərbəsi nəticəsində 9 vətəndaş ölüb, 33 nəfər yaralanıb
Next: “İranın nüvə təhdidini aradan qaldırdıq” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.