Ermənistan xüsusi təyinatlıları katolikos II Qareginin iqamətgahına daxil olub

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.

Bu barədə yerli KİV məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.

Hazırda heç bir əməliyyat addımı atılmır. İçəridə gizlənən keşiş Acapaxyan da həyətə çıxıb və köüllü olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yola düşdüyünü bildirib.

Ermənistanın hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanı saxlanması bardə qərar verib. Bu barədə vəkil Ara Zöhrabyan bildirib.

Vəkilin qeyd etdiyi kimi, o, İstintaq Komitəsinə gəlməlidir, bundan sonra həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.