“Bağlardan meyvələri yığmaq üçün miqrantlar yoxdur” –Rusiyada problem yaranıb

Rusiya alma yığmaq üçün miqrantların azlığından şikayətlənirlər.

AzPost bildirir ki, Bağbanlar Assosiasiyasının prezidenti İqor Muxanin bildirib ki, regionlarda ciddi problem yaranıb.

“Rusiyanın regionlarında əməkçi miqrantların olmaması səbəbindən alma və giləmeyvə yığmağa kimsə yoxdur”– deyə, o vurğulayıb.

“Yaxşı məhsul var, amma onu yığan yoxdur. İndi çiyələk və moruq yığmağın vaxtı olmalıdır, sonra albalı gəlir. Amma işçi çatışmazlığı səbəbindən məhsulu tam toplamaq mümkün deyil”- deyə İqor Muxanin şikayətlənib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.