Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Özünü hədiyyə verilən silahla vurub…

Orkhan Ali 07 İyul 2025 - 23:17 (Last updated: 07 İyul 2025 - 23:17)
1

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Roman Starovoyt cəmi 419 gün nəqliyyat naziri vəzifəsində çalışıb. Bu vəzifənin icrası müvəqqəti olaraq nəqliyyat nazirinin müavini Andrey Sergeyeviç Nikitinə həvalə edilib.

Bu məqamda R. Starovoytun həyatı, karyerası, ailəsi haqda məlmatları təqdim edirik.

Starovoyt 20 yanvar 1972-ci ildə Kurskda anadan olub.

Roman Vladimiroviç Starovoyt Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru olub. O, 2019-2024-cü illərdə rayona rəhbərlik edib.

2024-cü il mayın 14-də isə Rusiyanın nəqliyyat naziri vəzifəsinə təyin edilib. O, baş nazirin müavini olmuş Vitali Savelyevi əvəz edib.

İyulun 7-də günortadan sonra, nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytun intihar etdiyi barədə xəbərlər yayılıb. Onun meyiti mühafizəçilər tərəfindən Odintsovo şəhər dairəsindəki Maleviç parkının ərazisində Tesla avtomobilinin yanında aşkar edilib. Rusiya KİV-dəki bəzi məlumatlara görə, Roman Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyindən aldığı mükafatlı silahla özünü güllələyib.

Həmçinin bildirilir ki, Starovoyt bu gün səhər saatlarında Nəqliyyat Nazirliyində işdə olub və iclas keçirib.

RT-nin xəbərinə görə, iyulun 7-də axşam saatlarında əməliyyatçılar Starovoytu saxlayıb Rusiya İstintaq Komitəsinə dindirilmək üçün təhvil verməyi, bundan sonra onu çoxmilyonluq oğurluqda ittiham etməyi planlaşdırıblar.

Keçmiş qubernator Svetlana Starovoyt ilə evli idi, cütlüyün iki qızı var. Lakin 2021-ci ildə cütlük ayrılıb. 2020-ci ildə Svetlana Starovoit 17 milyon rubldan çox gəlirlə səkkizinci yeri tutaraq Rusiya qubernatorlarının ən zəngin arvadlarının ilk onluğuna daxil olub.

R. Starovoytun 25 yaşlı Polina ilə sevgili olduğu da bildirilirdi. Hətta o, səfərlərdə Starovoytu müşayiət edirdi. Kursk ictimaiyyəti qubernatorluq dövründə cütlüyün münasibətdə olmasından və Polinanın tezliklə onların birinci xanımı olacağından şübhələnirdi. “Mash”ın məlumatına görə, ilk olaraq Roman Starovoytun meyitini sevgilisi Polina K. tanıyıb.

Qeyd edək ki, R. Starovoyt “Şərəf” ordeni, Aleksandr Nevski ordeni, “Dostluq” ordeni və digər fərqlənmə nişanları ilə təltif edilib.

AzPost.az

Post navigation

Previous: ABŞ avqust ayından Qazaxıstandan idxala 25% rüsum tətbiq edəcək
Next: Azərbaycan klubu “Trabzonspor”la qarşılaşacaq

Oxşar xəbərlər

nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
tramp kursude
  • Dünya

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”

User 17 Noyabr 2026 - 19:51
xamenei-e1578731240128
  • Dünya

Xameneyinin qətli ilə bağlı 92 ABŞ və 67 İsrail vətəndaşına ittiham irəli sürülüb

User 17 Noyabr 2026 - 15:54

xƏBƏR

nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
Nvidia şirkətinin keçmiş rəhbəri Censen Huang direktorlar şurasından müvafiq təklif alacağı təqdirdə ABŞ korporasiyasının baş direktoru vəzifəsinə...
Read more about Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir
Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir? tezyiq
  • Maraqlı

Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir?

User 17 Noyabr 2026 - 20:10
Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq” tramp kursude
  • Dünya

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”

User 17 Noyabr 2026 - 19:51
Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər yuxu
  • Maraqlı

Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər

User 17 Noyabr 2026 - 18:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.