Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan 20-dən çox ölkəni neft, 12 ölkəni isə qazla təchiz edir

User 09 İyul 2025 - 16:41 (Last updated: 09 İyul 2025 - 16:41)
nazir

Azərbaycan hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz edir.

Bunu energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78%-ni, Bolqarıstanda 50%-dən çoxunu, Yunanıstanda 18%-ni, İtaliyada təxminən 16%-ni, Türkiyədə isə 18,5%-ni təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur. Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.

P. Şahbazov 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53%-dən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb:

“Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və bu tendensiyanın gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahəyə investisiyalar təxirə salınmamalıdır. Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayənin azalması gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətirib çıxara bilər”, – deyə nazir əlavə edib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Next: PKK bu tarixdə və bu məkanda silahlarını təhvil verəcək

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.