ABŞ-da tunel çökdü: 15 işçi köməksiz vəziyyətdə qalıb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində tikilməkdə olan tunelin çökməsi nəticəsində on beş nəfər işçi tunelin içərisində köməksiz vəziyyətində qalıb.

AzPost bildirir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsi rəsmi açıqlama yayıb.

Hadisə Uilminqton bölgəsində qeydə alınıb. Tuneldə çalışan bütün işçilər içəridə təcrid olunmuş vəziyyətdə qalıb. Onların vəziyyəti və hadisənin dəqiq səbəbi barədə hələlik ətraflı məlumat verilməyib.

İlkin məlumatlara görə, xəsarət alan və ya həyatını itirən yoxdur. Axtarış-xilasetmə işləri davam edir və əraziyə fövqəladə hallar xidmətləri cəlb olunub.

“Los Angeles Times” qəzetinin məlumatına əsasən, sözügedən tunel şəhərdə sanitar şəraitin yaxşılaşdırılması layihəsi çərçivəsində inşa olunurdu. Tikinti işləri şəhər infrastrukturunun yenilənməsi ilə bağlı genişmiqyaslı proqramın tərkib hissəsidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.