Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Gecikmiş kreditə tətbiq edilən yüksək cərimələr

Orkhan Ali 14 İyul 2025 - 11:28 (Last updated: 14 İyul 2025 - 11:28)
kontakt

Kreditlə məhsul alan bir vətəndaş, sosial şəbəkələrdə Kontakt Home mağazası ilə bağlı narazılığını bildirib. Foodinfo.az bildirir ki, şikayətçi işlərinin çoxluğundan aylıq ödənişi unutduğunu, əvvəlcədən xahiş etməsinə baxmayaraq mağazanın yalnız on iki gün sonra onunla əlaqə saxladığını qeyd edib. Zəng zamanı ona 42 manat cərimə tətbiq edildiyi bildirilib. Müştəri bu məbləğin 12 gün üçün çox yüksək olduğunu və belə cərimələrin qanuniliyini sual altına alıb.

Qanunvericiliyə əsasən, Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları, o cümlədən istehlak krediti təqdim edən ticarət şəbəkələri, kredit gecikmələrinə görə cərimə tətbiq edə bilərlər. Bu, müvafiq müqavilədə əks olunmalıdır. “Mülki Məcəllənin” 422-ci maddəsinə görə, tərəflər arasında bağlanmış müqavilə hüquqi cəhətdən məcburidir və şərtlər açıq şəkildə göstərilibsə, onun icrası tələb oluna bilər.

Lakin vətəndaşların ən çox şübhə etdiyi məqam — cərimələrin həddindən artıq olmasıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, istehlakçılar qeyri-mütənasib və ədalətsiz şərtlərə qarşı hüquqlarını müdafiə edə bilərlər. Əgər cərimə faizləri qeyri-məntiqli dərəcədə yüksəkdirsə və bu, müştərinin mənafeyinə ziddirsə, o zaman aidiyyəti qurumlara — İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür.

Eyni zamanda, cərimələrin qanuniliyini yoxlamaq üçün müqavilə şərtləri mütləq şəkildə oxunmalı, gecikmə halında neçə faiz və ya neçə manat cərimə tətbiq ediləcəyi dəqiqliklə göstərilməlidir. Əgər bu məlumatlar müştəriyə əvvəlcədən təqdim edilməyibsə, cərimənin tətbiqi hüquqi baxımdan mübahisəli ola bilər.

Cəriməni ödəmədikdə nə baş verir? Əgər müştəri cərimə borcunu ödəməzsə, bu, ümumi borcun artmasına, kredit tarixçəsinin pisləşməsinə və sonda işin məhkəməyə verilməsinə səbəb ola bilər.

Mütəxəssislər məsləhət görür ki, belə hallarda müştərilər mağazanın təqdim etdiyi müqavilə nüsxəsini diqqətlə incələsin, şikayət üçün rəsmi məktubla aidiyyəti dövlət qurumlarına müraciət etsinlər.

AzPost.az

Post navigation

Previous: Qəbələdə yaradıcılıqla məşğul olmaq istəyənlər üçün növbəti təlim keçirilib
Next: Taksi sürücülərinə yeni tələb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.