Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Bank Avrasiya” ASC maliyyə bataqlığında

Orkhan Ali 15 İyul 2025 - 13:10 (Last updated: 15 İyul 2025 - 13:10)
Bank Avrasiya

Bank Avrasiya

Bu ilin birinci yarısında “Bank Avrasiya” ASC-nin aktivlərində azalma müşahidə olunub. Belə ki, yanvarın 1-də 200 milyon 977.78 min manat olan bankın aktivləri 2,9 faiz azalaraq iyulun 1-ə 195 milyon 235.50 min manata düşüb.

Teleqraf bankın maliyyə hesabatına istinadən xəbər verir ki, nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 3,2 faiz azalaraq 27 milyon 338.26 min manat, banklar və digər maliyyə institutlarındakı depozitləri isə 10,1 faiz azalaraq 31 milyon 810.48 min manat təşkil edib.

Hesabat dövründə bankın müştərilərə verilmiş kreditlərinin həcmində də azalma müşahidə olunub. Xüsusilə də biznes kreditlərinin həcmi azalıb. Belə ki, müştərilərə verilmiş kreditlər 2,13 faiz azalaraq 133 milyon 269.50 min manata, biznes kreditlər isə 7,9 faiz azalaraq 57 milyon 566.20 min manata enib.

Əlavə olaraq “Bank Avrasiya” dövr ərzində balansında olan bir sıra əmlak və avadanlıqları da realizə edib. Bununla da əmlak və avadanlıqların dəyəri ötən ilin sonu ilə nisbətdə 4,5 faiz azalaraq 4 milyon 942.54 min manat təşkil edib.

Bankın öhdəliklərinə gəlincə, bu ilin ilk 6 ayında öhdəliklər 106 milyon 268.01 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 8,7 faiz və ya 10 milyon 64.98 min manat azalma deməkdir. Onu da bildirək ki, bankın öhdəliklərinin azalması əsasən depozitlərin həcminin 63,014.70 manatdan 53,377.09 manata qədər enməsi ilə bağlı olub. Bu da faiz ifadəsi ilə 15,3 faiz azalma deməkdir. Depozit həcminin azalması həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 6 milyon 697.04 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 2 milyon 940.56 min manat azalma baş verib.

Bundan başqa, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri ötən ilin sonundakı 126.64 min manatdan təxminən 46 dəfə azalaraq iyulun 1-ə 2.77 min manata düşüb.

Bankın ümidsiz kreditlərinin həcmi artaraq 17 milyon 364.21 min manat olub. Qeyd edək ki, cari ilin birinci rübündə ümidsiz kreditlərin məbləği 15 milyon 673 min manat idi. Ümidsiz kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 12 faizdən 13 faizə yüksəlib.

Qeyd edək ki, “Bank Avrasiya” ASC ötən ili də maliyyə çətinlikləri ilə başa vurub. Belə ki, həmin dövrdə bankın faiz gəlirləri 2023-cü ilin sonu ilə müqayisədə 15 milyon 34.351 min manatdan 14 milyon 21 min 218 manata, qeyri faiz gəlirləri isə 853 min 819 manatdan 141 min 365 manata düşüb. İlin sonuna mənfəət vergisindən əvvəlk mənfəəti 6 milyon 573 min 741 manatdan 3 milyon 986 min 412 manata, səhm üzrə mənfəəti isə 259.52 manatdan 158.19 manata enib.

Yeri gəlmişkən bildirək ki, “Bank Avrasiya” ASC-nin səhmdarları “Azbizneskom” MMC, “Top Properties” MMC, Rüstam Eynullayev, “Euro tandard” MMC və “PMD Group” MMC-dir.

AzPost.az

Post navigation

Previous: Nazirlik cərimələdi, məhkəmə rədd etdi
Next: Tramp Rusiyanın dərinliklərinə zərbə üçün Kiyevə raket icazəsi verə bilər

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.