ABŞ prezidenti Donald Tramp Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya 18 uzaqmənzilli ATACMS raketindən istifadə etməyə icazə verə bilər.
AzPost bildirir ki, bu barədə Washington Post (WP) qəzeti mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, Amerika lideri Kiyevin ehtiyacları üçün əlavə ATACMS-lərin çatdırılmasına da göstəriş verə bilər.
Qəzet qeyd edir ki, döyüş başlıqları 300 km məsafəyə malikdir.
Qəzetin yazdığına görə, Pentaqon bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiya ərazisinə daha böyük zərbələr endirmək üçün yaşıl işıq yandırmağın vacibliyində israr edir.