Prezident İlham Əliyev icra başçılarını Bakıya çağırdı –Sabah iclas olacaq

Sabah Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçiriləcək.

Azpost.info bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bunun üçün bütün icra başçıları Bakıya çağırılıb. Müşavirədə ötən ilin yekunları və qarşıdakı dövrdə görüləcək işlər müzakirə olunacaq.

Bundan əlavə, müşavirədə 9 fevral parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunması gözlənilir. Bildirilir ki, icra başçılarına seçkilərin ədalətli və şəffaf keçirilməsi, saxtakarlıq hallarına yol verilməməsi üçün müvafiq tapşırıq veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir