Siqaretin bahalaşması supermarketdə davaya səbəb oldu –VİDEO

Bahalaşma ilə bağlı marketlərdə siqaret davası başlayıb.

Bu barədə sosial şəbəkədə video paylaşılıb. Görüntülərdə vətəndaş “Araz” supermarketdən şikayət edir:

“İstifadə etdiyim “Magna” siqaretini almaq üçün “Araz” supermarketinə girdim. Satıcı mənə 2 qutudan artıq siqaret sata bilməyəcəyini dedi. Səbəbini soruşdum. Bildirdi ki, rəhbərlik əmr verib ki, müştəriyə 2-3 qutudan artıq siqaret satılmasın. Bu, müştərinin gündəlik norması hesab edilir. Başa düşmürəm, mənim nə qədər siqaret çəkməli olduğumu nə vaxtdan mağaza təyin edir”.

Videogörüntülərin “Araz” Supermarketlər şəbəkəsinin İmişlidə yerləşən filialında çəkildiyi bildirilib.

https://www.youtube.com/watch?v=-uiZF15UoEo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev icra başçılarını Bakıya çağırdı –

Sonrakı məqalə

Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb