ABŞ dövlət katibi Qazaxıstanı Çindən qaçan uyğurlarla sığınacaq verməyə çağırıb

ABŞ dövlət katibi Mayk Pompeo Qazaxıstanı Çinin müsəlman uyğurlara qarşı münasibətinə təzyiqlər göstərilməsində Vaşinqtona qoşulmağa çağırıb.

İnsan haqlarının müdafiəsi qruplarının bildirdiyinə görə, 2017-ci ildən bəri Çin 1,8 milyon uyğur, qazax və digər azsaylı etnik müsəlmanları həbs edərək, dinlərindən dönmələri üçün kütləvi həbs düşərgələrinə göndərməkdə ittiham olunur.

BMT bildirib ki, təxminən 1 milyon uyğur və digər etnik qrupların nümayəndələri “əksekstremist düşərgələrində” saxlanılır.

Çin bu Orta Asiya ölkəsinin əsas ticarət tərəfdaşıdır və Qazaxıstanın dövlət mediası Sincanda uyğurlar barədə məlumat yaymamağa üstünlük verir.

Pompeo Qazaxıstanı Çinin Sincan əyalətindən gələn etnik azlıqlara sığınacaq verməyə çağırıb.

Pompeo 2 günlük Nur-Sultan səfəri çərçivəsində o ölkənin xarici işlər naziri Muxtar Tılueberdi ilə müzakirələr keçirib.

Muxtar Tılueberdi bu çağırışa münasibət bildirməyib.

Pompeo fevralın 2-də prezident Qasım-Comart Toqayev və onun sələfi Nursultan Nazarbyevlə görüşməlidir.

Daha əvvəl Ukrayna və Belarusda olan ABŞ dövlət katibi Özbəkistana səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Haqqa gedən 9 yolun yolçusu,

Sonrakı məqalə

Prezident İlham Əliyev icra başçılarını Bakıya çağırdı –