Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Süni intellekt qədim Romanın unudulmuş mətnlərini oxumağı bacarıb

User 28 İyul 2025 - 14:22 (Last updated: 28 İyul 2025 - 11:09)
qedim roma

Bolonya və Oksford Universitetlərindən olan bir qrup alim süni intellektin köməyi ilə əvvəllər oxunmaz hesab edilən onlarla latın yazısını necə deşifrə edə bilib.

AzPost bildirir ki, bu barədə Transactions of the Philological Society jurnalında dərc olunan araşdırmada deyilir.

Bu yazıların əksəriyyəti – daşlar, lövhələr və divarlardakı yazılar zamanla qismən zədələnib və ya silinib. Onlarda Qədim Roma sakinlərinin qoyub getdiyi mətn parçaları, tarixlər, adlar, hüquqi düsturlar və hətta şəxsi qeydlər var idi. Yazıların çoxu peşəkar katiblər deyil, adi insanlar tərəfindən əl ilə həkk olunmuşdu ki, bu da işi daha da çətinləşdirirdi.

Alimlər süni intellektə minlərlə tanınmış latın mətnləri, o cümlədən qrammatika və orfoqrafiyadakı variasiyalar üzrə təlim keçiblər ki, o, söz fraqmentlərini tanıya və konteksti yenidən qura bilsin. Bir halda, AI, Roma onomastikonuna – qədim adların siyahısına vacib məlumatları əlavə edərək, demək olar ki, silinmiş dəfn epitafının düzgün oxunmasını təklif edə bilib.

Aparılan işlər ən qabaqcıl texnologiyanı və qədim dildə dərin biliyi özündə birləşdirir, Roma İmperiyasının həyat tərzi, inancları və sosial quruluşu ilə bağlı yeni suallar doğurur.

Tədqiqatçıların fikrincə, bu, yalnız başlanğıcdır, süni intellekt epiqrafiya və tarixi dilçilikdə inqilab edəcəyini vəd edir.

AzPost.az

Post navigation

Previous: Vəfat etmiş əzizləri üçün daim ağlayanlar tez ölürlər-
Next: Britaniya, Norveç və Ukrayna Aİ-nin peyk şəbəkəsinə qoşula bilər

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.