Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

ABB müştərinin pulunu mənimsəməkdə ittiham olunur

Orkhan Ali 20 Avqust 2025 - 07:47 (Last updated: 20 Avqust 2025 - 07:52)
Beynəlxalq bank

Beynəlxalq bank

Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərisi Alim Hüseynzadə bankı 249 dollarının mənimsənilməsində ittiham edir.

AzPost xəbər verir ki, şikayətçi iyulun onunda DigiTransfer vasitəsilə Türkiyədəki Enpara Bankındakı avro hesabına 249 dollar (təxminən 424 manat) köçürüb. Lakin üzərindən əlli gün keçsə də, vəsait qarşı tərəfə çatmayıb.

Onun sözlərinə görə, iyulun on birində ABB-yə müraciət edib və sorğu açılıb. Daha sonra banka dəfələrlə müraciət etsə də, hər dəfə fərqli və ziddiyyətli cavablar alıb. Bank əməkdaşları əvvəlcə əməliyyatın uğurlu olduğunu, daha sonra isə “pending” vəziyyətdə qaldığını bildiriblər.

Şikayətçi qeyd edir ki, Türkiyədəki bank əməliyyatın baş tutmadığını və qarşı tərəfdən təsdiqedici sənəd tələb etdiyini açıqlayıb. ABB-dən isə bu sənədi əldə etmək üçün müştəriyə filiallara müraciət etməsi tapşırılıb. Hüseynzadə avqustun on birində ABB-nin Gənclik filialına yaxınlaşıb və saatlarla növbə gözlədikdən sonra rəsmi sənəd tələb edib. Lakin əməkdaşlar bununla bağlı yenidən sorğu açılmalı olduğunu deyiblər.

Bundan sonra ABB operatorları müştəriyə bildirdilər ki, şikayət qeydə alınıb (CS-38605) və nəticənin on beş iş günü ərzində açıqlanacağı gözlənilir. Hüseynzadə isə əlavə gözləmə müddətindən narazıdır və bildirir ki, sadəcə təsdiqedici sənəd istəyib, lakin bank bunu təqdim etməyib.

“Əlli gündür pulumdan xəbər yoxdur. Mənim istəyim sadədir – ya vəsaitimi geri qaytarsınlar, ya da əməliyyatın uğurlu olduğunu sübut edən sənəd təqdim etsinlər”, – deyə şikayətçi vurğulayıb.

Bankın mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: Biznes quruculuğu mövzusunda praktiki təlimlər keçirilib
Next: Bakıda taksi sürücüsü 1 yaşlı uşağı yemək yediyi üçün maşından düşürdü

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Restoranın dolu olması həmişə onun yaxşı qazandığını göstərmir. Zalın bütün masaları tutulsa da, ayın sonunda sahibkarın əlində...
Read more about Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.