Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Netanyahu Makronu antisemitizmi alovlandırmaqda ittiham edir

User 20 Avqust 2025 - 18:46 (Last updated: 20 Avqust 2025 - 18:47)
makron netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa çağırmaqla Fransada antisemitizmin alovlanmasına səbəb olmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, rəsmi məktubunda bildirib. Məktub AFP-yə təqdim olunub. Fransa isə bu ittihamlara sərt cavab verib: “Fransa antisemitizmlə mübarizədə heç kimdən dərs almağa ehtiyac duymur.”

“Sizi zəifliyi fəaliyyətlə, sakitləşdirməni isə iradə ilə əvəz etməyə çağırıram. Bunu açıq şəkildə müəyyən olunmuş tarixədək – yəhudi yeni ili, 23 sentyabr 2025-dək etməyinizi istəyirəm”, – deyə Netanyahu Makrona yazdığı məktubda qeyd edib.

O, Fransada antisemitizmin artmasından və Fransa hökumətinin qərarlı tədbirlər görməməsindən dərin narahatlıq keçirdiyini bildirib. Netanyahu qeyd edir ki, Makronun İsrailə qarşı tənqidi çıxışları və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi Fransadakı antisemit əhvali-ruhiyyəni daha da alovlandırıb.

Netanyahu məktubda bildirir ki, Fransa şəhərlərində yəhudilərə qarşı qorxu, vandalizm və zorakılıq kampaniyası başladılıb.

O, son aylarda Fransada baş verən bir neçə hadisəni – El Al aviaşirkətinin Parisdəki ofisinin dağıdılması, Livry-Gargan şəhərində bir yəhudinin hücuma, eləcə də bir neçə ravvinin Paris küçələrində fiziki zorakılığa məruz qalması kimi hadisələri nümunə göstərib. Netanyahu bu hadisələri izolyasiya olunmuş yox, ümumi bir bəlanın əlaməti adlandırıb.

Məktubda Makronun Fələstin dövlətinə dəstəyinin antisemit odunu alovlandırdığı və Fransadakı yəhudilərə qarşı nifrəti təşviq etdiyi bildirilir.

Netanyahu məktubunda ABŞ Prezidenti Donald Trampı da nümunə kimi göstərərək, onun Amerikadakı yəhudiləri qorumaq və antisemit cinayətlərə qarşı mübarizə aparmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Fransa isə iddialar yersiz və alçaldıcıdır deyə dərhal rəsmi cavab verib. “Antisemitizm Avropa cəmiyyətlərini zəhərləyən ciddi problemdir. Lakin bu məsələ siyasi məqsədlər üçün alətə çevrilməməlidir. Fransa hər zaman bu sahədə qətiyyətlə və prinsipial şəkildə hərəkət edib”, – deyə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib.

Yelisey Sarayı isə Netanyahu tərəfindən irəli sürülən ittihamları “səhv, qəbuledilməz və təhqiramiz” adlandırıb. “Fransa Respublikası öz yəhudi vətəndaşlarını hər zaman qoruyub və qorumağa davam edəcək. Hazırkı dövr ciddi və məsuliyyətli yanaşma tələb edir, manipulyasiya və yalan ittihamlar yox”, – deyə Yelisey Sarayı cavabında deyib.

Qeyd edək ki, Fransa 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Fələstin dövlətini rəsmi tanıyacağını elan edib. Netanyahu bu qərarı terrorun mükafatlandırılması kimi dəyərləndirib. ABŞ bu addımı təhlükəli və məsuliyyətsiz adlandıraraq rədd edib.

AzPost.az

Post navigation

Previous: Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
Next: Qoyun südü nə qədər faydalı və zərərlidir?

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.