Rusiya Ukraynadakı ABŞ müəssisəsinə raket zərbəsi endirib

Rusiya Ukraynanın qərbindəki Amerika müəssisəsinə raket zərbəsi endirib.

AzPost bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa deyib.

“Rəketlərdən biri ən qərb bölgəmizdə ABŞ-ın böyük elektronika istehsalçısına dəyib, ciddi ziyan və itkilərə səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir”, – Ukrayna XİN rəhbəri Rusiyanın Ukraynaya avqustun 21-nə keçən gecə endirdiyi zərbənin nəticələrini şərh edərkən yazıb. O bunu  biznesə və normal həyata qarşı terror” adlandırıb.

Ukraynalı nazir Rusiyanın bu ilin əvvəlində Amerikanın “Boeing” şirkətinin Kiyevdəki binasına zərbə endirdiyini də xatırladıb. Sbiqa əlavə edib ki, Rusiyanın kütləvi gecə zərbəsi müharibəyə son qoymaq üçün bütün səylərə baxmayaraq həyata keçirilib.
Avqustun 21-nə keçən gecə Rusiya Ukraynaya raketlər, pilotsuz təyyarələrlə hücum edib.

Xüsusilə də qoşunlar Zakarpatye vilayətinin Mukaçevo şəhərindəki müəssisələrdən birinə zərbələr endiriblər. Hücum nəticəsində obyektdə yanğın baş verib, 12 nəfər yaralanıb. Lvov rəsmiləri də ciddi dağıntılar və bir nəfərin öldüyünü bildiriblər.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın  570-dən çox pilotsuz uçuş aparatından, həmçinin 30-dan çox müxtəlif tipli raketlərdən istifadə etdiyini bildirib. Ümumilikdə 577 hədəf vurulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.