Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

“ABŞ qoşunlarının azalmasına qarşı Avropa öz hərbi gücünü artırmalıdır”

Orkhan Ali 05 Sentyabr 2025 - 12:36 (Last updated: 05 Sentyabr 2025 - 12:30)
Alar Karis

Alar Karis

Estoniya Prezidenti Alar Karis “Politico” nəşrinə müsahibəsində Avropa İttifaqına çağırış edərək, ABŞ qoşunlarının regiondakı mövcudluğunun azalma ehtimalına qarşı qabaqlayıcı addımlar atmağın vacibliyini vurğulayıb.

AzPost xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə sərhəddə yerləşən Avropa ölkələri öz hərbi imkanlarını gücləndirməyə hazır olmalıdırlar: “Avropa dövlətləri ABŞ qoşunlarının bölgədəki sayının azalması ehtimalına qarşı önləyici tədbir görməli, bunun üçün isə müdafiə potensialını artırmalıdırlar”, – deyə Karis bildirib.

Estoniya lideri əlavə edib ki, o, bu ilin aprelində ABŞ Prezidenti Donald Trampla görüşündə məhz bu mövzunu müzakirə edib və amerikalı hərbçilərin Şərqi Avropada saxlanmasının əhəmiyyətini diqqətə çatdırıb. Karisin sözlərinə görə, Trampın bəzi açıqlamaları ümidverici görünsə də, ABŞ-ın Baltikyanı bölgədəki gələcək siyasətini dəqiq proqnozlaşdırmaq çətindir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ABŞ jurnalisti Taker Karlsona müsahibəsində bu mövzuya toxunaraq, Moskvanın NATO üzvü olan ölkələrə hücum planı olmadığını bildirib. Onun sözlərinə görə, Qərb siyasətçiləri öz ictimaiyyətini Rusiyadan gələn “xəyali təhlükə” ilə qorxudaraq daxili problemlərdən diqqəti yayındırmaq istəyirlər.

Beləliklə, Avropada ABŞ qoşunlarının mümkün azaldılması fonunda Estoniyanın çağırışı Avropa İttifaqı daxilində müdafiə siyasətinin gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

AzPost.az

Post navigation

Previous: Putin Ukraynada yerləşəcək Avropa qoşunlarını hədələdi –
Next: Tramp bu gün bəyanatla çıxış edəcək –

Oxşar xəbərlər

Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22

xƏBƏR

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
Bu gün Azərbaycanın enerji tarixində müstəsna əhəmiyyətə malik bir layihə (“Azəri-Çıraq-Günəşli” bloku) üzrə əlamətdar gündür. 7 noyabr...
Read more about “Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.